Macarıstan prezidenti Azərbaycana gəlir

10 Noyabr 2011 10:32 (UTC+04:00)

Bu gün Macarıstan Prezidenti Pal Şmitt Azərbaycana rəsmi səfərə gəlir. SİA-nın xəbərinə görə, səfər zamanı onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü olacaq. Bundan başqa, iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın iclasının və Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsi nəzərdə tutulub.