Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

10 Noyabr 2011 09:46 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 9-da saat 13.20-dən 13.40-dək və noyabrın 10-da saat 06.30-dan 06.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub