Hacıqabul: “Hyundai Tucson” və “KamAZ” toqquşdu, 4 nəfər öldü

8 Noyabr 2011 20:45 (UTC+04:00)

Azərbaycanın Hacıqabul rayonunda baş verən avtomobil qəzasında 4 nəfər ölüb. Baş Dövlət Yol Polisindən SİA-nın Aran bürosuna verilən məlumata görə, noyabrın 7-si saat 22.30 radələrində Bakı-Qazax avtomobil yolunda - Hacıqabul rayonunun Muğan kəndi ərazisində ağır avtomobil qəzası baş verib.


"Hyundai Tucson" markalı, 90 CX 591 dövlət nömrə nişanlı avtomobillə Sumqayıt sakini, 1973-cü il təvəllüdlü İsrafilov İlham Müseyib oğlunun idarə etdiyi "KamAZ" markalı, 50 AC 214 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "Hyundai Tucson" markalı avtomobildə olan 4 nəfər hadisə yerində dünyasını dəyişib.


"KamAZ" markalı avtomobilin sürücüsü Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Ölənlərin adları dəqiqləşdirilir.