Berluskoni hakimiyyətdən gedəcəyi haqda şayiələri qəti şəkildə təkzib edib

8 Noyabr 2011 14:31 (UTC+04:00)

İtaliya Avropanın maliyyə böhranı məsələlərində növbəti hədəfdir. Ölkədə artan borc faizləri, Silviyo Berluskoniyə qarşı olan təzyiqlər bunu deməyə əsas verir. Lakin Berluskoni erkən seçki keçirilməsi üçün onun hakimiyyətdən gedəcəyi haqda şayiələri qəti şəkildə təkzib edib.


Bununla belə, İtaliyanın maliyyə fəlakətinin kandarında olması fakt olaraq qalır. Yunanıstan, İrlandiya və Portuqaliyadan fərqli olaraq İtaliyanın iqtisadiyyatını xilas etmək təhlükəli addım olardı. Sərmayəçilər hökumətin qısa vaxt ərzində borclarını ödəməsini və istehsalatı artırmaq üçün tədbirlər görməsini istəyirlər. Ancaq Berluskoni hökumətinin qüsurları onun islahatlar apara biləcək nüfuzunun olmaması mənasını ifadə edir. Ən böyük qorxu isə, əlbəttə ki, hökumətin 1.9 trilyon avro borcunun olması və beynəlxalq köməyə ehtiyac duymasıdır.


Berluskoni əgər istefa edərsə, prezident Corco Napolitano onun yerinə müvəqqəti olaraq Avropa Birliyinin rəqabət üzrə sabiq komissarı Mario Montini təyin edə bilər. Qeyd edək ki, Berluskonin istefası artıq bir neçə dəfə müxalifət partiyaları tərəfindən tələb olunub. Adətən, səbəb kimi onun qadına təcavüz etməsi və bəzi qanun pozuntularına yol verilməsi göstərilir. Sabah isə parlamentdə dövlət büdcəsi ilə bağlı səsvermə olacaq.