Yaponiya İmperatoru 77 yaşlı Akihito noyabrın 6-da axşam saatlarında kəskin bronxit diaqnozu ilə Tokio Universitetinin klinikasına yerləşdirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, həkimlər güclü soyuqdəymə nəticəsində noyabrın 3-dən hərarəti yüksəlmiş imperatora ehtiyat tədbiri kimi xəstəxanada qalmağı məsləhət görüblər.
Vəliəhd-şahzadə Naruhito dövlət işlərinin icrasını müvəqqəti olaraq öz üzərinə götürüb.