XİN-rəsmisi: "BMT-Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməklə Azərbaycanın xarici siyasəti böyük diplomatik uğura imza atıb" - MÜNASİBƏT

7 Noyabr 2011 15:21 (UTC+04:00)

"BMT-Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməklə Azərbaycanın xarici siyasəti böyük diplomatik uğura imza atıb. Bu ölkəmizin qlobal siyasi qərarların qəbulunda, dövlətimizin imçinin yüksəlməsi, ikitərfli əlaqələrin geişləndirilməsi istiqamətində mühüm addımdır". Bu badərə SİA-nın bölgə müxbirinə Xarici İşlər Nazrliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

2012-ci ilin yanvar ayının 1-dən qüvvəyə minəcək qərarla Azərbaycan diplomatiyası çətin prossesə qoşulur. "Bu çox çətin prossesdir. Ancaq Azərbaycan dliplomatiyası göstərilən etimadı doğruldacaq. Xüsusən də yeni qərar imkan verir ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasına iki dəfə sədirlik etsin. Azərbaycan dövləti yaradılan imkandan istifadə edərək xalqımız və dünya ictimaiyyəti üçün prioritet olan sülh və təhlükəsizliyin təmin olunması yönümündə öz fəaliyyətini daha da gücləndirəcək", - deyə E.Abdullayev deyib.


İlham Məmmədov