“Sahə” bədii filmi XIV Beynəlxalq kino festivalında iştirak edəcək

7 Noyabr 2011 15:01 (UTC+04:00)
Azərbaycanın "Narimanfilm" kinostudiyasının istehsalı olan "Sahə" bədii filmi noyabrın 10-dan 15-dək Sankt-Peterburq şəhərində keçiriləcək XIV Beynəlxalq kino festivalında iştirak edəcək.

Kinostudiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Sahə" bədii filmi festivalın tammetrajlı bədii filmlər müsabiqə proqramı çərçivəsində nümayiş etdiriləcək.

Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilib.