Dortmund "Borrusiya"sı Almaniya çempionatı çərçivəsində ev oyununda "Volfsburq" üzərində inamlı qələbə qazanıb. 12-ci turun Dortmundda keçirilən qarşılaşması meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində Mario Getse (12-ci və 78-ci dəqiqələr), Sindzi Kaqava (45), Sven Bender (61), Robert Levandovski (66) fərqlənib. Qonaqların təsəlli qolunu isə belaruslu yarımmüdafiəçi Aleksandr Qleb 60-cı dəqiqədə vurub.
"Borrusiya" 23 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsindədir. O, ehtiyatda bir oyunu olan "Bavariya"dan 2 xal geri qalır.
Günün digər qarşılaşmalarının nəticələri:
"Verder" - "Köln" 3:2
"Nürnberq" - "Frayburq" 1:2,
"Hoffenhaym" - "Kayzerslautern" 1:1,
"Herta" - "Borussiya" M 1:2.
"Bayer" - "Hamburq" 2:2.