Ağır yol-nəqliyyat qəzası 8 nəfərin ölümünə səbəb olub

5 Noyabr 2011 17:57 (UTC+04:00)

Argentinanın paytaxtı Buenos-Ayres şəhərindən 188 km qərbdə çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzası qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Tres-Sarxentos yaşayış məntəqəsi yaxınlığında sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində baş verib.

Qəza zamanı, 8 nəfər ölüb, daha 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların vəziyyəti ağır qiymətləndirilir. Önlərin sayının artacağı istisna olunmur. Qəzanın başvermə səbəbi araşdırılır.