Qurban bayramı ərəfəsində Gəncədə mal-qaranın qiyməti niyə artıb?

5 Noyabr 2011 16:30 (UTC+04:00)

SİA-nın bölgə müxbiri xəbər verir ki, adi günlərdə 100-120 manata satılan xırdabuynuzlu heyvanlar hazırda çəkisindən aslı olaraq 150, 200 manata satılır. Başqa sözlə desək indi Gəncədə mal ətinin qiyməti 10, qoyun ətinin qiyməti isə 12 manata təklif edilir. Bu da nəticə etibarı ilə alıcıların narazılığına səbəb olur.

Vətəndaşların sözlərinə görə, müqəddəs gündə qiymətlərin şişirdilərək satılması düzgün deyil. Mövcud vəziyyətə lazımı orqanların müdaxiləsi qaçılmazdır.

Müşahidələrimiz göstərdi ki, günün birinci yarsına kimi qiymətlər yuxarıda qeyd olunan rəqəmdən də artıq satılmağa başlayıb. Ən önəmli fakt ondan ibarətdir ki, Gəncənin mal-qara bazarında əsasən al-verçilər at oynadır. Mal sahibləri isə ortalıqda görünmür.

Yerli bazarlarda Gürcüstan və digər ölkələrdən gətirilən xırdabuynuzlu mal-qara satılır. Sözsüz ki, bu da qiymətlərə təsir edən vacib amillərdəndir.


İlham Məmmədov