Moskvada millətçilərin yürüşü başlayıb -FOTOSESSIYA

4 Noyabr 2011 16:22 (UTC+04:00)

Moskvada 7 min millətçinin iştirakı ilə "Rus marşı" adlı yürüş başlayıb. SİA-nın "Lenta ru" agentliyinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları arasında müxtəlif millətçi hərəkatların liderləri də var.

Millətçilər əllərində bayraq və transparantlar "Qafqazlılara çörək yox!", "Hakimiyyət ağlara", "Oğru və dələduzlar hakimiyyətdən getsin" kimi müxtəlif ekstremist xarakterli şüarlarla mitinqin keçirilməsi planlaşdırılan "Maryino" metrosuna tərəf irəliləyirlər. Hər hansı təxribatın qarşısını almaq üçün əraziyə çoxlu sayda hüquq-mühafizə orqanlarının işçiləri toplaşıb. Verilən məlumatlara görə, bu gün millətlərarası münasibətlərin qızışdırmasında suçlu bilinən "Rus marşın" təşkilatçılarından biri Konstantin Krılov həbs olunub.