Dünən axşam UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turuna yekun vurulub. Siasport.az saytı xəbər verir ki, turnirdə yeganə Türkiyə təmsilçisi olan "Trabzonspor", öz meydanında Rusiyanın "OMİK" futbol klubunu qəbul edib. Bu qarşılaşmada meydan sahiblərinin bütün cəhdlərinə baxmayaraq hesab açılmayıb. Qarşılaşmadan sonra jurnalistlərə açıqlama verən "Trabzonspor"un baş məşqçisi Şenol Günəş bildirib ki, onlar bu qarşılaşmadan 3 xalla ayrılmağı hədəfləsələr də, sonda 1 xalla kifayətlənməli olublar. Qrupdan çıxmaq üçün hələ də gözəl imkanlarının olduğunu deyən Ş.Günəş, səfərdə "Lill" ilə leçirəcəkləri qarşılaşmadan sərfəli nəticə ilə dönməyi, evdə isə İtaliya "İnter"ini məğlub etməklə, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlməyi planlaşdırdıqlarını da sözlərinə əlavə edib.