55 yaşın mübarək İskəndər Cavadov!
2 Noyabr 2011 13:07 (UTC+04:00)
Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, "Şöhrət" ordenli veteran futbolçu İskəndər Cavadovun 55 illik yubileyi münasibətilə ABU Arena-da təntənəli mərasim keçirilib. Siasport.az saytı xəbər verir ki, ölkənin futbol ictimaiyyətinin iştirak etdiyi tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından yubilyarı təbrik edib, İ.Cavadovun Azərbaycan futbolundakı müstəsna xidmətlərini xatırladıb. Sonra yubilyara üzərində İskəndər Cavadov – 55 yazılmış Azərbaycan millisinin futbolkası hədiyyə olunub.