Məsut Özil dünyanın ən yaxşı futbolçusu adına namizəddir

2 Noyabr 2011 12:58 (UTC+04:00)
İsveçrənin Sürix şəhərində 2011-ci ildə dünyanın ən yaxşı futbolçusu adına namizədlərin adı açıqlanıb. FİFA və Fransanın nüfuzlu "Frans futbol" həftəlik dərgisinin birgə təsis etdiyi "FİFA-nın qızıl topu" mükafatı uğrunda mübarizə aparan dünyanın ən yaxşı futbolçuları arasında türk mənşəli Almaniya futbolçusu, hazırda "Real Madrid" klubunun şərəfini qoruyan Məsut Özil də var. "FİFA-nın qızıl topu"na iddialılar arasında son iki ildə bu titulu qazanmış argentinalı Lionel Messi daxil olmaqla, İspaniya çempionatında oynayan 15 futbolçu var. Mükafat gələn il yanvarın 9-da Sürixdə keçiriləcək mərasimdə sahibinə təqdim ediləcək.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri