Novorossiysk limanından 79,8 min ton Azərbaycan nefti ixrac olunub

1 Noyabr 2011 23:30 (UTC+04:00)

Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin oktyabr ayında Novorossiysk limanından 79 min 864 ton, Supsa limanından 161 min 670 ton, Çeyhan limanından 2 milyon 213 min 948 ton xam neft ixrac edib. ARDNŞ-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ümümilikdə yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 538 min 693 ton, Supsa limanından 2 milyon 251 min 766 ton, Ceyhan limanından isə 19 milyon 868 min 641 ton xam neft ixrac edilib.

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.