150 İran zəvvarı həccdən qovulub

1 Noyabr 2011 16:33 (UTC+04:00)

Səudiyyə Ərəbistanı həcc ziyarəti üçün bu ölkəyə səfər edən 150 İran zəvvarını ölkədən qovub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İran xarici işlər nazirinin parlament və konsulluq işləri üzrə müavini Həsən Qəşqavi bildirib.

O, Səudiyyə Ərəbistanı Mədinə aeroportunda saxlanan zəvvarların ölkədən çıxarılmasını onların saxta vizalardan istifadə etməsi ilə əlaqələndirir.