AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
1 Noyabr 2011 15:36 (UTC+04:00)
Dünən AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Siasport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
"Tərəqqi" – "Neftçala" matçının 45+2-ci dəqiqəsində "Neftçala"nın futbolçusu Qeyrət Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində "Neftçala"nın məşqçisi Ceyhun Hüseynovla klubun inzibatçısı Ehtiram Abbasov hakimləri təhqir etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki şəxs 5 oyunluq cəzalanıb, klubları 1000 manat cərimə olunub.
"Bakılı" – "Karvan" matçında "Bakılı"nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra "Bakılı"nın prezidenti Misir Əbilov matçın AFFA nümayəndəsi Vaqif Davudova qarşı təhqiredici hərəkət etdiyi üçün adıçəkilən şəxs 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
"Şahdağ" – "Muğan" matçında "Muğan"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 15-ci dəqiqəsində "Şahdağ"ın futbolçusu Qüdrət Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Matçın 83-cü dəqiqəsində "Muğan"ın futbolçusu İlqar Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Matçın 83-cü dəqiqəsində "Muğan"ın futbolçusu Rəşad Muradov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
"Lokomotiv" – "Sumqayıt Şəhər" matçında "Sumqayıt Şəhər"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Matçın 89-cu dəqiqəsində "Sumqayıt Şəhər"in futbolçusu Ruslan Qurbanov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub.