Roman Pavlyuçenko qışda "Tottenhem"i tərk eəcəyini açıqladı!

1 Noyabr 2011 13:53 (UTC+04:00)


Deyəsən "dumanlı albiom", "Tottenhem" futbol klubunun rusiyalı hücumçusu Roman Pavlyuçenkonu yamanca sıxmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, belə olmasaydı, rusiyalı futbolçu qış transfer dövründə soyuq Rusiyaya qayıtmaq istədiyini açıq-aydın dilə gətirməzdi. İngilis mətbuatına müsahibə verən rusiyalı futbolçu yenidən ölkəsinə qayıtmağa hazır olduğunu bildirib: "Mən artıq 4 ildir ki, əsas heyətə düşmək uğrunda mübarizə aparıram. Ötən mövsüm komandanın ən yaxşı bombardiri oldum. Ancaq yenə də baş məşqçi mənə güvənmir. Yenidən Rusiyaya qayıtmağa hazıram. Bu transfer elə yanvarda da baş tuta bilər".