Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Fransanın "Fəxri legionun kavaleri" rütbəsi ilə təltif edilib. SİA-nın xəbərinə görə, Fransa səfirliyində keçirilən təqdimat mərasimində Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ordeni S.Seyidova təqdim edib. O, Azərbaycanla Fransa arasında əlaqələrin inkişaf etməsində onun rolu olduğunu bildirib.