Konsertdə Bakı şəhər Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Nərgiz Hüseynova (skripka), R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Kamil Həsənov (fortepiano), L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Şəms Ağazadə (skripka), Kamran Ömərli (skripka), İsrafil Rəsulov (truba), Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Vurğun Vəkilov (fortepiano), Ceyla Seyidova (skripka), Nərmin Nəcəfli (fortepiano) və Rüstəm Zeynalov (fortepiano) Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.