Dağıntılar altında qalan qardaşı ilə son nəfəsinə qədər danışdı

24 Oktyabr 2011 17:10 (UTC+04:00)

Vanda baş verən zəlzələdən sonra hüznlü hekayələr ortaya çıxır. İstanbulda inşaat işləri ilə məşğul olan vanlı Adəm İlhan Ercişdə bir qəhvəxananın dağıntıları altında qalan böyük qardaşı Polad İlhanla son nəfəsini verənə qədər telefonla danışıb.


SİA-nın Türk mətbuatına istinadən verdiyi xəbərdə deyilir ki, Türkiyə Hava Yollarına məxsus təyyarə ilə Vana yola düşməzdən əvvəl Adəm İlhan qardaşı ilə bağlı ürəkləri ağrıdan bir xəbər verib. Adəm bildirib: "Zəlzələ baş verən anda əvvəl kəndimizə zəng vurdum. Kənddəkilərin sağ olduğunu eşidib çox sevindim. Daha sonra Ercişdə inşaat işləri ilə məşğul olan 40 yaşındakı böyük qardaşım Polad İlhanı aradım. Böyük qardaşım telefonu açdı. Əvvəl sevindim, amma dağıntı altında olduğunu söyləyincə dəhşətə gəldim. Vəziyyətinin necə olduğunu soruşduğumda, çox sıxılmış bir yerdə olduğu üçün nəfəs almaqda çətinlik çəkdiyini söylədi. Bir qolunun da daşların altında əzildiyini və çox qanadığını söylədi. Dərhal başqa bir telefonla ilk kömək və qurtarma qruplarını axtardıq. Bazar günü olduğu üçün qardaşım bir qəhvədə yoldaşlarıyla birlikdə qəlyanaltı edirmiş. Bir müddət mənəvi dəstək olmaq üçün onunla danışdım. Bir də telefonun enerjisinin bitəcəyindən qorxdum. Ancaq bir saat sonra böyük qardaşımın səsi pıçıltı halına gəldi və sonra danışa bilmədi".


Adəm Polad dəfn mərasimində iştirak etmək üçün İstanbulda birlikdə olduğu qohumlarıyla birlikdə Vana gedib.