NATO Liviya qarşı əməliyyatı sona çatdırır

22 Oktyabr 2011 09:15 (UTC+04:00)

NATO-nun baş katibi Anders Foq Rasmussen Liviyaya qarşı əməliyyatın oktyabrın 31-də başa çatacağı haqqında açıqlama verib. SİA-nın xəbərinə görə, rəsmi qərarın gələn həftə veriləcəyini söyləyən Rasmussen bu vaxt BM və Liviyadakı Milli keçid şurası ilə məsləhətləşmələrin aparılacağını da söyləyib.