Politoloq: “Müəmmar Qəddafi NATO-nun 5-ci hədəfi idi”

21 Oktyabr 2011 14:53 (UTC+04:00)
Liviyanın keçmiş lideri Məmmar Qəddafinin indiki telehi proqnozlaşdırılan idi.
Artıq mart ayından NATO-nun bu prosesə qoşulması, Almaniyanın Liviyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməsi, ölkədə mövcud olan vətəndaş müharibəsi və müvəqqəti şuranın formalaşması prinsip etibarilə Qəddafinin ölümünü qaçılmaz edirdi. Bunu SİA-ya açıqlamasında politoloq Elman Nəsirli bildirib: "Müəmmar Qəddafini hakimiyyətdən uzaqlaşdıran qüvvələr Qəddafi olmayacağı təqdirdə Liviyanın təbii sərvətlərindən istifadə etmək hüququ əldə edəcəkdilər. Təbii ki, bununla da keçmiş lider öldürüldü. NATO mart ayından indiyənə kimi Liviya ərazisinə 22 min uçuş təşkil edib. Hesab edirəm ki, Müəmmar Qəddafi NATO-nun 5-ci hədəfi idi". Politoloq bundan sonraki siyasi proseslərə də aydınlıq gətirdi: "Müəmmar Qəddafidən sonrakı Liviyada B.Britaniya, Fransa, ABŞ, İtaliya və Qətərə məxsus şirkətlərin daha çox öndə gedəcəyi və mənfəət əldə edəcəyi şübhəsidir". Elman Nəsirli artıq növbədə Suriyanın əsas hədəfdə olduğunu və bunla bağlı siyasi modelin formalaşdığını bildirdi: "Bu hadisələr fonunda Bəşər Əsədin vəziyyəti kritik olacaq.Onun nə təhlükəsizliyinə nə də sərvətinə heç bir təminat verilmir. Belə olan təqdirdə o təbii ki, sonacan döyüşəcək".