Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) tarix fənni üzrə elmi-metodiki seminar iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda gündəlik məsələ tarix fənni üzrə 2012-ci ildə ali məktəblərə keçiriləcək qəbul imtahanları üçün qəbul proqramıının müzakirəsinin davamı olub.Seminar iclaslarında qəbul proqramının təkmilləşdirilməsi ilə əlaqədar təkliflər müzakirə edilib.
Tarix fənni üzrə iclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak edib və onlayn sistemində internet vasitəsilə videobağlantı əsasında qəbul proqramı haqqında fikir bildirib, təkliflərini veriblər. Növbəti seminar iclasında tarix fənni üzrə qəbul proqramının müzakirəsi davam etdiriləcək.