İsveçdə buz məscidi inşa ediləcək

20 Oktyabr 2011 16:47 (UTC+04:00)

İsveçdə buz kilsə və məscid inşa ediləcək. Yeni məscid Yukkasyarvi kilsəsinin yanında tikiləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, məscidin 2013-cü ilin qışına turistlərin ixtiyarına veriləcəyi planlaşdırılır

Otelin icraçı direktoru sözlərinə görə, məscidin yanında otel də fəaliyyət göstərib ki, buranın da qapıları bütün dindən olan xalqların üzünə açıqdır. Yeni məscidin inşa edilməsi fərqli dövlətlərin dinlərarası dialoqlarının yaranmasına kömək edəcəyi də güman edilir.

Yukkasyarvi kilsəsi ilk dəfə 1989-cu ildə inşa edilib və 1992-ci ildə isə ilk qonaqlarını qəbul edib. Mehmanxana 5,5 hektar ərazini əhatə edir və dekabr- aprel ayları ərzində qonaq qəbul edir.