"Çelsi" "Genk"i darmadağın etdi!
20 Oktyabr 2011 14:13 (UTC+04:00)
Dünən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti qarşılaşmalarına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, İngiltərənin "Çelsi" futbol klubu öz meydanında Belçika "Genk"ini 5:0 hesabı ilə darmadağın edib. Bu qarşılaşmada əsas diqqəti cəlb edən məqam isə 50 milyon avroya "Liverpul"dan alınan və uzun müddətdir ki, "zadəganlar"ın heyətində heç bir uğurlu futbol göstərə bilməyən Fernando Torresin bu qarşılaşmada dubl etməsidir. "Arsenal" isə Fransa "Marsel"ini 1:0 hesabı ilə məğlub etməyi bacarıb. Almaniya "Bayer"i isə "Valensiya"nı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Keçirilən qarşılaşmaları və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:
E qrupu
"Bayer" (Almaniya) – "Valensiya" (İspaniya) - 2:1
Qollar: Jonas, 25 (0:1), Schurrle, 52 (1:1) Sam, 56 (2:1)
"Çelsi" (İngiltərə) – "Genk" (Belçika) - 5:0
Qollar: Meireles, 8 (1:0), Torres, 11 (2:0), Torres, 27 (3:0), İvanoviç, 42 (4:0), Kalou, 72 (5:0)
F qrupu
"Olimpiakos" (Yunanıstan) – "Borussiya" (Almaniya)- 3:1
Qollar: Holebas, 8 (1:0), Levandovski, 26 (1:1) Djebbur , 40 (2:1), Modesto, 79 (3:1)
"Marsel" (Fransa) – "Arsenal" (İngiltərə) - 0:1
Qol: Ramsey, 90 (0:1)
G qrupu
"Portu" (Portuqaliya) – APOEL (Kipr) - 1:1
Qollar: Halk, 13 (1:0), Almeida, 19 (1:1)
"Şaxtyor" (Ukrayna) – "Zenit" (Rusiya) - 2:2
Qollar: Villian, 15 (1:0), Şirokov, 33 (1:1) Luis Adriano, 45 (2:1), Fayzulin, 60 (2:2)
H qrupu
"Milan" (İtaliya) – BATE (Belarus) - 2:0
Qollar: Zlatan İbrahimoviç, 33 (1:0), Boatenq, 70 (2:0)
"Barselona" (İspaniya) – "Viktoriya" (Çexiya) - 2:0
Qollar: İniyesta, 10 (1:0), Vilya, 82 (2:0)