Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfər edib

19 Oktyabr 2011 13:15 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 19-da Qazaxıstana rəsmi səfərə yola düşüb. SİA-nın xəbərinə görə, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. Səfər çərçivəsində Azərbaycan prezidentinin qazaxıstanlı həmkarı Nursultan Nazarbayev və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərin nəticəsi olaraq iki ölkə arasında bir sıra sənədlər imzalanacaq. Azərbaycan prezidenti səfər çərçivəsində Türkdilli dövlət başçılarının sammitində də iştirak edəcək.