Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin birinci müavini Uilyam Börnsü qəbul edib

18 Oktyabr 2011 15:47 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də ABŞ dövlət katibinin birinci müavini Uilyam Börnsü qəbul edib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, energetika sahəsində qlobal layihələr və təşəbbüslərlə bağlı birgə əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanda beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti qeyd edilib.