Röya həyat yoldaşına həsr etdiyi mahnıya klip çəkdirəcək- MUSİQİ

17 Oktyabr 2011 16:13 (UTC+04:00)

Azərbaycanın məşhur müğənnisi Röya Ayxan həyat yoldaşı Anar üçün ifa etdiyi mahnını klip şəklində ərsəyə gətiməyi düşünür. Müğənninin yaxın ətrafından SİA-ya verilən məlumata görə, Röya sonuncu "Bax" adlı albomundan olan eyniadlı mahnıya klip çəkdirəcək.

Müğənni hər zaman öz müsahibələrində qeyd edib ki, sözügedən mahnı onun ömür-gün yoldaşına həsr olunub.

Onu da qeyd edək ki, mahnının sözləri Röyaya, musiqisi isə Emin Kərimliyə məxsusdur.

Mahnı hazırda duet versiyasında yazılıb. Hansını ki, Röya ilə Anar toy günlərində duet şəklində ifa ediblər.