![]()
Bildirilib ki, son illər Azərbaycanda caz musiqisinin təbliği, inkişafı baxımından çox işlər görülüb. Dünyanın ən tanınmış cazmenləri Bakıda konsert proqramları ilə çıxış ediblər. Bu gün də paytaxtımız ənənəsinə sadiq qalaraq belə möhtəşəm bir tədbirə ev sahibliyi edir.
Daha sonra isə səhnəyə caz ifaçısı Reyçel Ferrelin çıxaraq unudulmaz ifaları ilə konsertə gələnləri feyziyab edib. Caz ifaçısı çıxışlarının arasında Bakıda olduğundan çox məmnun qaldığını və \"Çox sağol\" deməyi ilə tamaşaçıların marağını qazanıb.
Sarayın foyesində festivalda çıxış edən caz kollektivlərinin fotoşəkillərindən ibarət sərgi də təşkil edilib.
Məlumat üçün bildirək ki, Heydər Əliyev adına Sarayında keçirilən festival Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Sweet production" şirkətinin təşkilatçılığı ilə keçirilir.
Gecədə tanınmış caz ifaçısı Reyçel Ferrelin çıxışı alqışlarla qarşılanıb. 1961-ci ildə ABŞ-da anadan olan R.Ferrelin indiyədək 6 albomu işıq üzü görüb.