"Qızıl Pillə\" verilişinin aparıcı Zemfira Adığözəlova teleməkanın ən cazibədar aparıcılarından hesab olunur. SİA-ya açıqlama verən aparıcının sözlərinə görə, onun kimi aparıcı yoxdur: "Mənə elə gəlir ki, Azərbaycanda ikinci Zema ola bilməz. Bizdə kanallar çox olsaydı onda bəlkə o qədər gözə çarpmazdı. Maqazin verilişlərinə baxanda verilişimdən götürülmüş bəzi məqamları görürəm. Aydındır ki, mənim proqramımdan götürülüb. Əvəllər verilişlərdə aparıcıların açıq-saçıq geyimləri və naz- qəmzələri yox idi. Ancaq indi bəzi maqazin verilişlərində bunu görmək olur. Əslində mənim fikrim birinci olmaq deyil. Sözün əsl mənasında qızıl pillədə olmaqdır".