Xarici İşlər Naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıda səfərdə olan Yunanıstanın keçmiş xarici işlər naziri, Demokratik Alyansın Prezidenti xanım Dora Bakoyannislə görüşüb. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan – Yunanıstan münasibətləri, Yunanıstanda iqtisadi vəziyyət, Avropa İttifaqı ilə münasibətlər və Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə edilmişdir. Görüşdə həmçinin Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların hazırkı durumuna dair məlumat verilib.
Həmçinin görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.