İspaniyanın əhalisi 10 ildən sonra azalacaq

8 Oktyabr 2011 15:05 (UTC+04:00)

İspaniya Milli Statistika İnstitutunun açıqladığı bir hesabatda, 10 ildən sonra İspaniyadakı əhalinin sayının təxminən 567 min nəfər azalacağı gözlənilir. SİA-nın xəbərinə görə, hazırda 46 milyon 152 min 925 nəfər olan İspaniyadakı əhalinin 2021-ci ildə 45 milyon 585 min 574 nəfərə enəcəyi bildirilib. Bu arada statistika institunun məlumatda ölümlərin doğumlardan daha çox olacağı da qeyd olunub.