Ermənistandakı vəziyyət kritik həddi aşıb və yaxud bir erməninin etirafı…
4 Oktyabr 2011 11:35 (UTC+04:00)
Son günlər Ermənistan müxalifətinin daha da aktiv hərəkətə keçməsi ölkədəki vəziyyəti daha da gərginləşdirib. Belə ki, müxalifətçilərin artıq oturaq aksiyalara başlaması və digər iqtidaryönlü ictimai birliklərin, eləcə də siyasi təşkilatların müxalifətçilərə açıq dəstək göstərmələri bunu deməyə əsas verir. Artıq nəinki Sarkisyan iqtidarı, eləcə də bu iqtidara məxsus olan cinayətkar klanlar ölkə ərazisində olan maddi vəsaitlərini hər vəchlə xaricə ötürməyə səy göstərirlər. Bu barədə Erməni Ümummilli Hərəkatının idarə heyətinin sədri Aram Manukyan bildirib. Manukyanın gəldiyi qənaətə görə, ölkənin bütün müxalifət partiyaları bir araya gələrək, hazırkı rejimi taxtdan salmaq üçün bütün imkanlardan maksimum istifadə edəcəklər.
"Ölkədəkəi acınacaqlı vəziyyətin baiskarı cinayətkar Sarkisyan rejimidir"
Belə ki, iqtidarla aparılan dialoqların nəticə verməyəcəyini daha öncədən proqnozlaşdırdığını bildirən erməni siyasətçi çıxış variantını iqtidarın istefasında gördüyünü açıqlayıb: "Heç də sirr deyil ki, bu gün ölkədəkəi acınacaqlı vəziyyətin baiskarı cinayətkar Sarkisyan rejimidir. Bu rejim cinayətkarlığı ali məqsəd kimi götürüb və müxtəlif klanlar vasitəsi ilə xalqın qanını içir. Xalq ölkəni tərk edir. Təsəvvürünüzə gətirin ki, bir-iki ildən sonra, burada barmaqla sayılacaq insan toplumu qalacaq. Bu isə Ermənistanın məhvidir".
Ermənistanın ən böyük probleminin də məhz mühacirət olduğunu bildirən A.Manukyan bir neçə müxalifət partiyalarının və siyasi bloklarının birləşdiyi Ermənistan Milli Konqresinin mitinqində çıxış edərkən, deyib ki, təkcə 6 ay ərzində Ermənistandan 90 min nəfər mühacirət edib. Son bir ayda isə 15 min insan ya birdəfəlik, ya da uzun müddətə Ermənistandan çıxmağı yeanə xilas kimi görüb.
"Ölkədə daxili soyqırımı aparılır"
Erməni siyasətçi xüsusilə qeyd edib ki, artıq bu ölkədə daxili soyqırımı faktı reallaşmaqdadır. Çünki hazırkı vəziyyətə başqa cür ad vermək düzgün olmazdı: "Mən hesab edirəm ki, mühacirət Ermənistanın əsas problemidir. Bu satqınlıq və soyqırımı, ölkənin xaincəsinə boşaldılması siyasətidir\".
Çıxışda bildirilib ki, erməni xalqı xarici ölkələrdə ya siyasi, ya da digər tipli sığınacaqlar alamaqdan ötrü özlərini xəstələndirir, müxtəlif vasitələrdən istifadə edirlər. Bu isə xalqın məhv olamasının tam sübutu, ölkənin isə süqutudur. A.Manukyan vurğulayıb ki, hər il yalnız Belçika krallığına vətəndaşlıq almaq üçün 1400 erməni vətəndaşı müraciət edir. \"Başqa Avropa ölkələrində də analoji vəziyyətdir. Siyasi sığınacaq istəyirlər, müxtəlif xəstəliklər fikirləşirlər. Ermənistan boşalır, ölkə süqut etmək ərəfəsindədir\".
"Ermənilər sivilizasiyalı ölkədən çıxmayıblar"
Lakin ermənilərin xaricdə, daha dəqiq desək, Avropada səmimi qarşılanmadıqları da sirr deyil. Yaşadıqları ərazilərdə müsbət imic toplaya bilməyən ermənilər oradan da qovulmağa məruz qalırlar. Çünki onlar sivilizasiyalı ölkədən çıxmayıblar: "Aclıq və səfalət içindən çıxan məzlum xalq, birdən-birə sivilizasiya və toxluq gördükdən sonra, istər-istəməz başını itirir. Həmin ölkələrdə cinayət və oğurluq hadisələrində ermənilərin adlarının hallanması bilavasitə hazırkı Sarkisyan rejiminin günahıdır. Bu rejim hər birimizin qarşısında cavab verməyə məhkumdur!"
Nəticədə Qərbdən də əli üzülən mühacir ermənilər üzlərini Afrika ölkələrinə tutmaqla, canlarını xilas etməyi düşünürlər. Hətta bunun üçün Zimbabveyə, Mozambikə, Uqandaya və digər bu kimi ölkələrə pənah aparırlar. Bu, dözülməz fakt olsa da, bir gerçəkli, bir reallıqdır: " Ermənilər artıq adi fəhlə işləmək üçün uzaq Afrika ölkələrinə gedirlər. Uqandada qızıl mədənlərində, Mozambikdə muzdla əkin sahələrində, Zimbabvedə plantasiyalarda yaşam mücadiləsi aparırlar".