Barak Obama Cənubi Sudan prezidenti ilə görüşüb

23 Sentyabr 2011 09:30 (UTC+04:00)

ABŞ prezidenti Barak Obama yeni müstəqillik qazanan Cənubi Sudanın prezidenti Salva Kiirlə grüşüb. SİA-nın xarici mətbuata itinadən xəbərinə görə, BMT-nin Baş Assambleyası çərçivəsində təşkil edilən görüş zamanı Obama Cənubi Sudan xalqına yardım göstəriləcəyinə vəd verib. Prezidentlər arasında qanunun aliliyi, şəffaflıq və iqtisadi tərəqqi kimi məsələlərin də müzakirə edildiyi bildirilir.

Cənubi Sudan iyul ayının 9-da referendumun nəticəsi olaraq müstəqilliyini elan edib.