Yunanistanda “kəmərsıxma əməliyyatı” yeni etiraz dalğası yaradıb

22 Sentyabr 2011 18:22 (UTC+04:00)
Afina sakinləri bu gün öz iş yerlərinə piyada getməli olublar. Belə ki, buna səbəb bütün nəqliyyat işçilərinin hökumətə qarşı keçirdikləri kütləvi etiraz aksiyaları olub. SİA İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, etiraz aksiyaları Yunan hökumətinin iqtisadi yöndə "kəmərsıxma əməliyyatına" qarşı keçirilib. Bu ərəfədə Afinanın mərkəzi küçələri nəqliyyat tıxacından keçilməz olub.
Xatırladaq ki, nəqliyyat işçilərinin həmkarlar təşkilatları 24 saatlıq tətil elan etməklə ölkənin nəqliyyatı sistemindəki çatışmazlıqların da dərhal aradan qaldırılmasını tələb ediblər. Belə ki, hökumət nəqliyyat sektorunda çalışan işçilərin məvaciblərində 40 % endirim qərarı verdikdən sonra, 30 min nəqliyyatçının işdən çıxarılmasına müvəffəq olmuşdu.Yunan mətbuatının verdiyi digər xəbərlərə görə, artıq səhiyyə, təhsil və aviasiya xidmətlərinin işçiləri də etiraz aksiyalarına başlayacaqlarını elan ediblər.