Misir İsraillə sülhü poza bilər

16 Sentyabr 2011 08:55 (UTC+04:00)

\"İsrail-Misir sülh sazişi bölgədə sülhün maraqlarına cavab verməsə, onlara dəyişiklik etmək mümkündür\". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Misirin keçid hökumətinin başçısı İsam Şərəf deyib. Onun sözlərinə görə, İsraillə bağlanmış sülh sazişlərinə yenidən baxıla bilər: "Kemp-Devid sazişi müqəddəs deyil, onu həmişə nəzərdən keçirmək olar"

Qeyd edək ki, 1978-ci ildə Misir İsraillə sülh sazişi imzalamış ilk ərəb ölkəsi olub.