\"Neftçi\" \"Qəbələ\" ilə oyunun hazırlığını davam etdirir

14 Sentyabr 2011 16:22 (UTC+04:00)

\"Neftçi\" PFK \"Qəbələ\" ilə oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, komanda üzvləri gündə bir dəfə olmaqla klubun bazasındakı meydançada məşq keçirlər. Flaqman bu gün də eyni məkanda məşq edəcək. Hazırlıq prosesi saat 17:00-da başlanacaq.

Qeyd edək ki, sentyabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq \"Neftçi\" - \"Qəbələ\" matçı saat 18:30-da start götürəcək.