“İstanbul qızı” Roza Zərgərli - FOTOSESSİYA

6 Sentyabr 2011 16:59 (UTC+04:00)

Bu gün müğənni Roza Zərgərli "İstanbul qızı" klipini mətbuat nümayəndələrinə təqdim edib. SIA-nın məlumatına görə, Türkiyədə çəkilən klip "İstanbul qızı" adlı mahnıya çəkilib.

Klipin rejissoru Orman Çingizoğlu, prodüseri Abbas Quliyevdir. Klipdə müğənnin görünüşü üzərində modelyer Ramazzo və stilist Anar Ağakişiyev çalışıblar.

"İstanbul qızı"da məşhur türk aktyoru Erol Günaydın oynayıb. O, gəmi kaptanı rolunu ifa edib. Rozanın sözlərinə görə, aktyor klipdə təmənnasız iştirak edib.

Qeyd edək ki, sözügedən mahnı ilk dəfə "İstanbul yağışı" adı ilə müğənni Abbas Bağırov tərəfindən oxunub. Roza isə mahnının ona bəstəkar Aynur Adilqızının 10 il öncə verdiyi deyir. Mahnının qonorarı da illər öncə ödənilib.


Roza Zərgərli mahnının həm də Samir Piriyev tərəfindən oxunduğunu qeyd edib: "Mən onların heç birinə etiraz etmədim. Bəlkə bunu qadın etsəydi, etirazımı bildirərdim".

İllər öncə sənətdən uzaqlaşıb ötən il yenidən səhnəyə qayıdan müğənni gündəmdə olmağının səbəbini güclü heyətlə çalışması ilə izah edib: "Bununla fasilə etməyi düşünmürük. Yeni il ərəfəsində yeni və böyük layihəni təqdim edəcəyik".

Konfansda müğənni yeni albom və daha bir klip üzərində çalışdığını da dilə gətirdi.