Huss Hiddinq: "Komandamla qürur duyuram!"

4 Sentyabr 2011 14:22 (UTC+04:00)
Bir neçə gün bundan əvvəl AVRO-2012 çərçivəsində "Türk Telekom Arena"da Qazaxıstan millisini çətinliklə də olsa 2:1 məğlub edərək qrupda ikinci yerə yüksələn futbol üzrə Türkiyə millisində əla əhval-rühuyyə hökm sürür. Siasport.az saytı xəbər verir ki, Türkiyə yığmasının hollandiyalı baş məşqçisi Quss Hiddinq komandasının döyüşkən futbol oynamasından qürur duyduğunu deyərək, bir neçə gündən sonra Avstriya ilə keçirəcəkləri qarşılaşmanı da qələbə ilə başa vuraraq qrupdan çıxmağa çalışacaqlarını dilə gətirib. Q.Hiddinq, Türkiyə millisinin gələn il Ukraynada və Polşada keçiriləcək futbol üzrə Avropa çempionatında yer alacağına əmin olduğunu da açıqlamaqdan çəkinməyib.