Çilidəki təyyarə qəzasında sağ qalan olmayıb

4 Sentyabr 2011 14:03 (UTC+04:00)

Çili hökumət dairələri hərbi nəqliyyat təyyarəsinin tərkibində olan bütün sərnişinlərin öldüyü barədə verilən məlumatlatı təsdiqləyiblər. SİA məlumatı Assoşeyted Press agentliyinə istinadən xəbərə verir.

Belə ki, dünən günorta saatlarında CASA-212 təyyarəsi Robinzon Kruzo adalarının üzərində qəzaya uğrayaraq, həmin daların ətrafına düşüb.

\"Axtarış işlərində sonra, belə nəticəyə gəlinib ki, yerlə toqquşmada zərbənin gücündən təyyarənin sərnişinləri yerindəcə həlak olublar\", - deyə Çilinin müsafiə naziri Andres Allamanda bildirib.

Aviadispetçerlər isə agentliyə bildiriblər ki, təyyarə iki dəfə aerodroma eniş etmək istəsə də, güclü külək buna imkan verməyib. Bir müddət sonra isə, təyyarə radar ekranlarından itib.