TQDK sədri: “9 illik bazadan texnikumlara plan yerləri 95 faiz dolub”

3 Sentyabr 2011 15:36 (UTC+04:00)

"Tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanın nəticələri məni qane etdi. Çünki texnikumlara plan yerləri 95% dolub". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bidlirib ki, qalan 5% yer qabiliyyət tələb edən ixtisaslar üzrə olan yerlərdir. Bu il texnikumlar üzrə müsabiqə vəziyyətinin kifayət qədər yüksək olduğunu deyən TQDK sədri vurğulayıb ki, əvvəllər texnikumlara keçid balı kifayət qədər aşağı idi: "Biz 20 balla da texnikumlara uşaqlar qəbul edirdik. Bu il isə Bakıda olan texnikumlarda keçid balları 100 baldan yuxarıdır ki, bu da çox yaxşı əlamətdir. 9 illik bazada boş qalan yerlərə əlavə qəbul aparılmayacaq, çünki yerlər 95 % dolub. 11 illik bazadan da orta ixtisas məktəblərinə keçriiıən qəbul imtahanlarında ikinci tur olmadı. O zamanda 99% boş olan yerlər dolmuşdu. Orta ixtisas məktəblərinə qəbul olan bakalavrlar artıq öz qeydiyyatlarını təsdiqləyiblər".