Paytaxta ilin sonuna kimi 50 müasir köşk quraşdırılacaq
3 Sentyabr 2011 13:27 (UTC+04:00)
Paytaxt ərazisində yeni və müasir qəzet köşklərinin quraşdırılmasına başlanıb. Bakı Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, köşklərin üzərində paytaxtın tarixi və müasir görünüşünü əks etdirən şəkillər əks olunub: "Hələlik yeni köşklərin sayı o qədər də çox deyil. Ancaq ilin sonuna kimi, paytaxt ərazisində 50-yə yaxın belə köşkün quraşdırılması nəzərdə tutulub. Qeyd edək ki, köhnə köşklərdən daha böyük olan müasir köşklərdə qəzet, jurnallarla yanaşı digər məhsulların da satışına imkan var".