Qus Hiddink: "Bundan pis oynaya bilməzdik"-AÇIQLAMA

3 Sentyabr 2011 11:28 (UTC+04:00)
"Azərbaycanın Belçikadan xal alması bizi xoşbəxt etdi". Siasport.az saytı xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Qus Hiddink deyib.
Holland çalışdırıcı son saniyələrdə Arda Turanın qolu ilə qələbə qazanan komandasının oyunundan narazı qalıb: "Burdakı matçda da 1:1 hesabı ilə bitsəydi, çox pis olacaqdı. Amma qələbə qazanıb, üstünlük əldə etdik. Çox pis oynadıq. Bundan pis oynaya bilməzdik. Belə bir oyuna rəğmən qələbə qazanmaq gözəl oldu".