Fərid Quliyev: "Özümü sübut etməyə çalışacağam"-AÇIQLAMA

3 Sentyabr 2011 10:52 (UTC+04:00)
"Neftçi"nin futbolçusu Fərid Quliyev flaqmanın iştirak ərizəsinə salınmasına münasibət bildirib. Siasport.az saytı xəbər verir ki, futbolçu buna görə sevindiyini qeyd edib: "Qısa müddətdən sonra "Neftçi"yə döndüyüm üçün sevinirəm. Mənə yenidən etimad göstərdiklərinə görə klub rəhbərliyi və məşqçilər korpusuna minnətdaram. Əlimdən gələni edəcəyəm ki, "Neftçi"nin əsas heyətində oynayıb, yenidən milli komandaya çağırılım. Baş məşqçi Böyükağa Hacıyevin şans verəcəyi halda, özümü sübut etməyə çalışacağam".