Latviya \"Eurovision\" təmsilçisinin seçilməsi üçün olan milli seçim prosesinə dəyişikliklər edib

3 Sentyabr 2011 10:36 (UTC+04:00)
Latviya yayımçısı LTV Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqsəində təmsilçilərini təyin edəcək "Eirodziesma" müsabiqəsinin seçim prosesinə dəyişikliklər edib.


SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, oktyabrın 20-dən noyabr 1-dək davam edəcək internetlə səsvermədə mahnılar Latviyanın LTV kanalının veb-səhifəsində yerləşdiriləcək.


Münsiflər heyəti son 20 mahnının seçilməsində ictimai səsverməni nəzərə alacaq. Yanvarın 7-si və 14-də hər birində 10 mahnı təqdim ediləcək 2 yarımfinal keçiriləcək. Final isə fevralın 18-də 10 mahnı ilə ərsəyə gələcək Ventspilsdə baş tutacaq.