Neftin qiymətində azalma müşahidə olunub

3 Sentyabr 2011 09:32 (UTC+04:00)
Sentyabrın 3-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin oktyabr fyuçerslərinə olan dəyəri 1,96 dollar azalaraq 112,23 dollar təşkil edib.

SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin oktyabr fyuçerslərinə olan qiyməti də azalıb. Belə ki, WTI markalı neftin oktyabr fyuçerslərinə olan qiyməti 2,48 dollar azalaraq 86,45 dollar olub