Həmədanda 25-ci Beynəlxalq uşaq və gənclər film festivalı keçiriləcək

2 Sentyabr 2011 17:05 (UTC+04:00)

Oktyabr ayında İranın Həmədan şəhərində 25-ci Beynəlxalq uşaq və gənclər film festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festivalın qısa və tammetrajlı bədii, video, həmçinin animasiya filmlərini əhatə edən müsabiqə proqramından əlavə, müsabiqədənkənar proqramı da var.

Bu proqrama son illər müsəlman ölkələrində istehsal olunan filmlərin nümayişi daxil edilib. Azərbaycanda 2000-ci ildən başlayaraq uşaq və gənclər üçün istehsal olunan 5 filmin (2 bədii, 3 cizgi filmi) də festivala göndərilməsi nəzərdə tutulub.