Aleksdən "Fənərbaxça"lılara mesaj: "Mən heç yana getmirəm!"

2 Sentyabr 2011 16:42 (UTC+04:00)

İstanbulun "Fənərbaxça" futbol klubunun başı üzərini alan qara buludlar, bir çox ulduz futbolçuların sürətlə klubu tərk etmələri və İstanbul klubunun UEFA Çempionlar Liqasından uzaqlaşdırılması nə qədər üzücüdürsə, komandanın braziliyalı kapitanı Aleks De Souzanın son açıqlaması hər bir "Fənərbaxça"lının qəlbini qürurla dolduracaq qədər əhəmiyyətlidir. Siasport.az saytı xəbər verir ki, özünün rəsmi Tvitter səhifəsində "Fənərbaxça" azarkeşlərinin sujallarını cavablandıran braziliyalı futbolçu, heç bir yana getməyəcəyini, "Fənərbaxça"nın tam bir ailəsi oilduğunu bir daha dilə gətirərək, türk dilində bütün "Fənərbaxça" azarkeşlərini ramazan bayramı münasibəti ilə təbrik edib.