"Atletiko Madrid" La Liqada transferlərə ən çox pul xərcələyən klubdur

2 Sentyabr 2011 15:25 (UTC+04:00)
İspaniya La Liqasında bu mövsüm transferlərə ən çox pul ayıran futbol klubunun adı məlum olub. Siasport.az saytı xəbər verir ki, "Atletiko Madrid" "Real" və "Barselona" kimi rəqiblərini də arxada qoyaraq 10 futbolçu üçün toplamda 67 milyon avro pul xərcləyib.
Madrid təmsilçisinin ən bahalı transferi isə "Portu"da alınan Falkao hesab olunur. "Atletiko Madrid"in Falkaodan sonra ən bahalı futbolçu kimi isə İstanbulun "Qalatasaray" futbol klubundan transfer olunan 24 yaşlı Arda Turan göstərilir.